Joze Mourinyonu istefaya göndərən "Fənərbaxça" rəhbərliyi kluba Serjiu Konseysaunu gətirə bilər.

Metbuat.az xəbər verir ki, bu barədə klubda prezidentliyə namizəd, biznesmen Sadettin Saran açıqlama verib.

O bildirib ki, prezident seçiləcəyi təqdirdə komandaya Serjiu Konseysaunu gətirəcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Benfika"ya məğlub olaraq, mübarizəni dayandıran "Fənərbaxça"nın məşqçisi Joze Mourinyo istefaya göndərilib.

Serjiu Konseysau ötən mövsümün sonunda "Milan"dan ayrılıb.