Fabio Kannavaro Özbəkistan millisini çalışdıra bilər.

Metbuat.az xəbər verir ki, DÇ-2026-ya vəsiqə qazanan Özbəkistan əfsanəvi keçmiş futbolçu ilə danışıqlar aparıb. İnsayder Fabritsio Romanonun sözlərinə görə, danışıqlar məhsuldar alınıb. Tərəflərin razılığa gəldiyi iddia edilir. Məlumata görə, Özbəkistan DÇ-2026-da Fabio Kannavaronun rəhbərliyi ilə çıxış etmək istəyir.

Qeyd edəki, Fabio Kannavaro “Dinamo Zaqreb”dən ayrılandan sonra heç bir komandanı çalışdırmayıb.