AFFA rəsmiləri UEFA Klub Lisenziyalaşdırılması və Maliyyə Davamlılığı üzrə İllik Konfrans-2025-ə qatılıblar.

Metbuat.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.

Tədbir Yunanıstanın paytaxtı Afinada keçirilib.

Konfansda AFFA-nı Lisenziyalaşdırma və Qeydiyyat departamentinin rəhbəri Seymur Səlimli və maliyyə meneceri Bəhram Dadaşov təmsil ediblər.