Əli Əhmədovdan qiymət və keyfiyyət sözü

Əli Əhmədovdan qiymət və keyfiyyət sözü
11:05 20 Yanvar 2015
121 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan hökuməti dərmanların vahid qiymətlə satılması üçün müvafiq işlər görür.

Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədov jurnalistlərə deyib.

Ə.Əhmədov deyib ki, dərmanların vahid qiymətlə satılması üçün Milli Məclis tərəfindən qanun qəbul olunub. Dərman vasitələri haqqında qanuna dəyişiklik edilib:

"Güman edirəm ki, müvafiq prosedur qaydalarından sonra bununla əlaqədar Nazirlər Kabineti tərəfindən normativ hüquqi sənəd hazırlanacaq. Bizm mövqeyimiz bundan ibarətdir ki, Azərbaycanda satılan dərman vasitələrinin həm keyfiyyətinə ciddi şəkildə nəzarət edilsin, həm də onların qiymətinin süni şəkildə artırılmasının qarşısı alınsın".

Onun sözlərinə görə, bu istiqamətdə normativ-hüquqi sənədlər hazırlanır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR