Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir Maksim Tsurkov /
Azərbaycanın Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2015-ci ildə elektron xidmətlərin sayını genişləndirəcək.
Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı jurnalistlərə DSMF-nin rəhbəri Elman Mehdiyev bildirib.
Onun sözlərinə görə, ötən il DSMF-nin elektron xidmətlərindən 1,3 milyondan artıq insan faydalanıb ki, bu da rekord göstəricidir.
E.Mehdiyev deyib: "Dövlət Fondu göstərilən elektron xidmətlərin sayına görə liderdir. Bununla yanaşı biz 2015-ci ildə onların sayını artırmağa hazırlaşırıq”.
O qeyd edib ki, əsas xidmətlərdən biri sosial sığorta hesabatları ilə bağlıdır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az