Gəncədə “Ənənəvi islam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilib

16:07 25 Dekabr 2014
72 Digər
Ölkə mətbuatı
A- A+

[ 25 Dekabr 2014 16:05 ]

Gəncə. Azər Məmmədli - APA. Ölkədə sosial-iqtisadı inkişafla milli-mənəvi sahədəki inkişaf paralel getməlidir. APA-nın qərb bürosunun verdiyi məlumata görə, bunu Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gəncədə keçirilən “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfransda bildirib.

M. Qurbanlı qeyd edib ki, ölkədə sosial-iqtisadi inkişaf o qədər sürətlə gedir ki, milli-mənəvi və psixoloji dəyərlər bir qədər ləngiyir. Bu ləngimənin milli adət-ənənələrdə də özünü göstərdiyini deyən komitə sədri bildirib ki, Azərbaycanda az sayda insan başqa dinə etiqad edir. Əhalinin 96-97 faizi İslam dəyərlərinə söykənir.

 

Konfransda, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, millət vəkilləri, regionun din xadimləri və ilahiyyatçılar iştirak edib. Elmar Vəliyev Azərbaycanın tolerant bir ölkə olduğunu və dövlət tərəfindən dinə daima diqqət və qayğı göstərildiyini bildirib. E. Vəliyev Gəncədə “İmamzadə” dini kompleksinin bərpa olunmasını dövlətin dinə qayğısının bariz nümunəsi olduğunu bildirib. İH başçısı müxtəlif təriqətlərin yayılmaması üçün din xadimlərinin dinin təbliğini düzgün həyata keçirmələrinin vacibliyini bildirib.

Millət vəkilləri Asəf Hacıyev, Musa Quliyev çıxış edərək  “İslam  dünyasında radikalizmin yaranma səbəbləri, tarixilik və müasirlik“ movzusundan danışıblar. Mövzu ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri və tədbir iştirakçıları konfransdan əvvəl Gəncədə Heydər Əliyevin abidəsini ziyarət edib, “Şah Abbas” Cümə məscidi və “Aleksandr Nevski” Rus provoslav kilsəsi ilə tanış olublar.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367247

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR