20 Yanvar şəhidləri Azərbaycanın tarixinə parlaq səhifə yazıblar

20 Yanvar şəhidləri Azərbaycanın tarixinə parlaq səhifə yazıblar
13:23 20 Yanvar 2015
282 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, AzərTAc
Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Şamaxı filialında 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anma tədbiri keçirilib.
Filialdan AzərTAc-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları Şamaxı şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib, məzarların üzərinə güllər düzüblər.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə AMİ-nin Şamaxı filialının direktoru Tünzalə Yusifova bildirib ki, 20 Yanvar hadisəsi sovet imperiyasının xalqımıza qarşı törətdiyi tarixi faciədir. 1990 –cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının xüsusi hazırlıqlı qoşun hissələrinin əliyalın insanların üzərinə yeridilməsi nəticəsində baş verən qətliam xalqın yaddaşında silinməz iz qoyub.
Vurğulanıb ki, o dəhşətli günlərdə xalqının səsinə hamıdan əvvəl səs verən ümummilli lider Heydər Əliyev oldu. Ulu Öndər özünün və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyaraq hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib təcavüzə kəskin etirazını bildirdi, qoşunların dərhal Bakıdan çıxarılmasını tələb etdi. 20 Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymət də məhz Ümummilli Liderin təşəbbüsü ilə verilib.
İnstitutun müəllimləri Çingiz Dadaşov, Sənubər Şükürova və başqaları çıxış edərək bildiriblər ki, 1990-cı il 20 Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq ruhunu qıra bilmədi. Həmin gecə həlak olan vətən övladları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.
Sonda tələbələr Qanlı Yanvara həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR