Senator Çarlz Şumer: “Qara yanvar” şəhidlərinin xatirəsi günündə azərbaycanlıları Amerikada dəstəkləməkdən şərəf duyuram

Senator Çarlz Şumer: “Qara yanvar” şəhidlərinin xatirəsi günündə azərbaycanlıları Amerikada dəstəkləməkdən şərəf duyuram
13:28 20 Yanvar 2015
207 Ölkə
Ölkə mətbuatı
A- A+


Vaşinqton, 20 yanvar, AzərTAc
Xəbər verdiyimiz kimi, ABŞ Azərbaycanlıları Şəbəkəsi Amerika ictimaiyyətini “Qara yanvar” faciəsi haqqında məlumatlandırmaq üçün yazılı kampaniya keçirir.
Nyu-York ştatından senator Çarlz Şumerin ABŞ Azərbaycanlıları Şəbəkəsinin üzvü Rene Köniqə cavab məktubunda qeyd edir ki, bu faciənin anılması vacibdir. Ç.Şumer yazır: “1990-cı ilin yanvarında sovet qoşunları Azərbaycanın paytaxtı Bakıda amansız qırğın törədiblər. Sovet İttifaqının törətdiyi cinayətləri anlamaq indiyədək çətindir, onların nəticələri isə göz qabağındadır”. ABŞ ilə Azərbaycan arasında hələ 1919-cu ildə qurulmuş ikitərəfli münasibətlərin vacibliyini qeyd edən senator yazır ki, Azərbaycan Respublikası ABŞ-ın uzunmüddətli strateji tərəfdaşıdır, terrorizmlə mübarizədə sülhməramlı qüvvələrə kömək edir”. Sonda Ç.Şumer yazır: “Mən “Qara yanvar” şəhidlərinin xatirəsi günündə azərbaycanlıları Amerikada dəstəkləməkdən şərəf duyuram”.

Yusif Babanlı
AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR