Aprelin 23-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu ilə görüşüb.
Metbuat.az xəbər verir ki, görüşdə Azərbaycan ilə İran arasında dini sahədə əməkdaşlıq məsələləri, qarşılıqlı əlaqələrin inkişaf perspektivləri və regionda dini sabitliyin qorunmasının əhəmiyyəti müzakirə olunub.
Ramin Məmmədov ölkəmizdə mənəvi dəyərlərin qorunması və inkişafına dövlət tərəfindən göstərilən xüsusi qayğını vurğulayaraq bildirib ki, Azərbaycanda dini-mənəvi irsin yaşadılması, milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi və tolerantlıq ənənələrinin möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Səfir Müctəba Dəmirçilu İran ilə Azərbaycan arasında tarixi, dini və mədəni bağların mövcudluğunu vurğulayaraq, bu əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib. O, son dövrlərdə baş verən hadisələr zamanı ölkəmizin nümayiş etdirdiyi mövqeyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirib. Azərbaycan dövləti tərəfindən edilən humanitar yardımların və göstərilən mənəvi dəstəyin xüsusi əhəmiyyətə malik olduğunu, yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Görüş zamanı həmçinin, dini-elmi tədqiqatlar üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət Komitəsinin sədri İran səfiri ilə görüşdü
Həmçinin oxu
Devlet Bahçeliyə ağır itki - FOTO
metbuat.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Böyük pullar qazanmaq şansı olan bürclər
Bu gün
·
01:15
Evli qadına yazılmış sevgi məktubu 200 il sonra üzə çıxdı
Bu gün
·
00:20
Noyabrın 3-də bu rayonda qaz olmayacaq
Bu gün
·
00:12
5 bürcü ilin sonunadək maddi fürsətlər gözləyir
Bu gün
·
00:08
“Roma”dan “Qalatasaray”ın ulduzuna 30 milyonluq təklif
Dünən
·
23:49
Gəncədə 34 yaşlı şəxs bıçaqlandı
Dünən
·
23:35
Noyabrın pensiyaları bu tarixdə ödəniləcək
Dünən
·
23:30
TikTok fenomeninin toyunda faciə oldu - Ölü və yaralılar var
Dünən
·
23:17
Devlet Bahçeliyə ağır itki - FOTO
Dünən
·
23:04
Bu telefon nəhəngi istehsalı dayandırdı
Dünən
·
22:48
Sabah Bakının bu ərazilərində su kəsiləcək
Dünən
·
22:35
İranın ABŞ ilə müharibəyə son qoymaq üçün 7 şərti
Dünən
·
22:24
Xəyalə Mürsəl 9 illik vəzifəsindən azad edildi
Dünən
·
22:10
3-cü dünya müharibəsi bu ölkədən başlayacaq - Tarixçi
Dünən
·
21:37
Dövlət qurumunda əməliyyat keçirildi - Saxlanılan var
Dünən
·
21:09