Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstək göstərməyə davam edir.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 19 avqust – Beynəlxalq Humanitar Yardım Günü ilə bağlı "X" hesabında paylaşımında bildirilib:

"Azərbaycan beynəlxalq həmrəylik və humanizm prinsiplərini rəhbər tutaraq ehtiyac içində olan insanlara və ölkələrə humanitar dəstək göstərməyə, çətinliklərin aradan qaldırılmasına töhfə verməyə davam edir".