Bu gün Ağdaş, Ucar və Göyçay rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.

Metbuat.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən məlumata verilib.

Bildirib ki, elektrik enerjisinin keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə avqustun 21-də bir sıra 10 kV-luq hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq.

Bununla əlaqədar Ağdaş Elektrik Şəbəkəsinin xidməti ərazisində saat 09:30-dan 13:00-dək Abad, Ağcaqovaq, Eymur, Ərəbşəki və Qaradeyin kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

Ucar Elektrik Şəbəkəsinə daxil olan Alpı, Keçəkənd və Qulabənd kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Göyçayın Şəhadət və Qarabağlar kəndlərində isə planlı fasilə saat 10:00-dan 15:00-dək davam edəcək.

Bildirilib ki, təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcək.