2026-cı ilin altı ayı ərzində ölkədə 52,3 min yeni iş yerləri açılıb.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Bu dövrdə yaradılmış iş yerlərinin 93,2 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni açılmış iş yerlərinin 77,5 faizi Bakı şəhərinin, 1,5 faizi Naxçıvan Muxtar Respublikasının, 21,0 faizi digər regionların, o cümlədən 6,5 faizi Abşeron-Xızı, 2,5 faizi Gəncə-Daşkəsən, 2,0 faizi Quba-Xaçmaz, 2,0 faizi ŞəkiZaqatala, 1,8 faizi Qarabağ, 1,4 faizi Qazax-Tovuz, 1,1 faizi Mərkəzi Aran, 0,9 faizi Şərqi Zəngəzur, 0,8 faizi Lənkəran-Astara, 0,8 faizi Şirvan-Salyan, 0,7 faizi Mil-Muğan və 0,5 faizi Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşmüşdür. Yeni açılmış iş yerlərinin 22,1 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 77,5 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda yaradılıb.