“Təmiz Şəhər” 20 yanvar şəhidlərini anıb - FOTO

“Təmiz Şəhər” 20 yanvar şəhidlərini anıb - FOTO
15:12 20 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 20 Yanvar 2015 15:06 ]


Bakı. Aynur Əliyeva - APA-Economics. “Təmiz Şəhər” ASC-də 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib.

 

ASC-nin Mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, xüsusi qonaqların, rəhbərliyin, şöbə müdirlərinin iştirakı ilə Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda baş tutan tədbirdə 1990-cı ildə baş vermiş qanlı hadisənin şəhidləri anılıb.

 

Şəhidlərin xatirəsinə 1 dəqiqəlik sükutla başlayan tədbirin ilk nitqini ASC-in İdarə Heyətinin sədri Zakir İbrahimov edib. O, 25 illik yaranın unudulmadığını, hər zaman xalqımız tərəfindən fəxrlə xatırlanacağını vurğulayıb. Z. İbrahimov deyib ki, 1990-cı ilin yanvarında baş verən hadisələr Azərbaycan tarixində dönüş nöqtəsinə çevrilib və xalqın öz azadlığı, müstəqilliyi, toxunulmazlığı uğrunda apardığı mübarizənin simvolu halına gəlib.

 

Sədr bu qanlı hadisəyə ilk dəfə ümummilli lider Heydər Əliyevin öz münasibətini bildirdiyini xatırladıb. Z. İbrahimov diqqətə çatdırıb ki, ümummilli lider 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib.

 

İdarə Heyətinin sədri bildirib ki, ölkə prezidenti cənab İlham Əliyevin hər il olduğu kimi bu il də imzaladığı 20 Yanvar faciəsinin ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında sərəncamı bu qürurlu tarixin unudulmamasına, gənc nəsillərə öyrədilməsinə müstəsna təsir edir.

 

Tədbirdə iştirak edən “20 Yanvar Cəmiyyəti”nin nümayəndəsi Gülağa Şərifzadə “Təmiz Şəhər” ASC-in bu cür tədbir keçirməsini yüksək qiymətləndirib. 20 yanvarda baş vermiş hadisələrlə bağlı iştirakçılara ətraflı məlumat verən G. Şərifzadə 137 şəhid və 744 yaralının hər birinin Azərbaycan tarixinin müasir qəhrəmanları olduqlarını diqqətə çatdırıb.

 

“Təmiz Şəhər” əməkdaşları da söz alaraq faciə barədə gördükləri və bildikləri məlumatları bölüşüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR