Xəbər verdiyimiz kimi, avqustun 24-də axşam saatlarında İsmayıllıda "Toyota Land Kruiser" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü 41 yaşlı Samir Abdullayev aldığı xəsarətlərdən həyatını itirib.

Metbuat.az xəbər verir ki, S.Abdullayev iş adamı olub. O, İsmayıllı rayonu ərazisində yeni restoranının açılışını planlaşdırırmış.

Unikal.az saytına istinadən S.Abdullayevin fotolarını təqdim edirik: