Çində 67 yaşlı fermer süni intellektin verdiyi məsləhətə güvənərək təxminən 2,5 hektarlıq əkin sahəsindəki məhsullarını itirib.

Metbuat.az xəbər verir ki, Anhui əyalətinin Çuçjou şəhərində yaşayan fermer küncüt sahəsindəki alaq otları və zərərvericilərlə mübarizə üçün süni intellektdən məsləhət alıb. Məlumata görə, daha əvvəl gübrələmə və əkin təqvimi ilə bağlı da süni intellektdən istifadə edən fermer bu dəfə verilən dərman tövsiyəsini tətbiq edib. Lakin aldığı məsləhəti başqa mənbə ilə yoxlamadan istifadə etdikdən sonra tarladakı məhsullar qısa müddətdə quruyub.

Mütəxəssislər araşdırma zamanı istifadə edilən alaq dərmanındakı aktiv maddənin küncüt bitkisinə zərər verə biləcəyini müəyyənləşdiriblər.