Tovuzda avtomobil traktorun qoşqusuna çırpılıb .

Metbuat.az xəbər verir ki, hadisə Köhnəqala kəndi ərazisində baş verib. İlkin məlumata görə, “VAZ-2107” markalı minik avtomobili hərəkətdə olan traktorun qoşqusuna çırpılıb.

Qəza nəticəsində 34 yaşlı Mingəçevir sakini Elzamin Heydərov xəsarət alıb. Yaralı tibbi yardım üçün xəstəxanaya çatdırılıb.

Hadisənin səbəbləri araşdırılır.