Subbakalavrlar 30 müxtəlif ali təhsil müəssisəsinə qəbul olublar.

Metbuat.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, bu il ali təhsil müəssisələrinə qəbul olunan subbakalavrların sayı 4215-dir və ötənilki göstəricidən 2246 nəfər daha azdır.

“Ali təhsil müəssisələrinin qəbul planı və onların dolma faizinə baxdıqda Azərbaycan Texnologiya Universitetinə qəbul olunanların 28.67%-nin (412 nəfər), Mingəçevir Dövlət Universitetinə qəbul olunanların 25.22%-nin (433 nəfər), Lənkəran Dövlət Universitetinə qəbul olunanların isə 23.28%-nin (474 nəfər) subbakalavr olduğunu görərik”, - DİM-in məlumatında qeyd olunub.