Sabah Sabirabad rayonunun 10 kəndində qaz təchizatı dayandırılacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar avqustun 28-də saat 10:00-dan işlər yekunlaşanadək Sabirabad rayonunun Ulacalı, Bulduq, Ətçələr, Həşimxanlı, Axtaçı-Muğan, Güdəcühür, Qaratoğay, Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.