Nərimanov rayonunda şəhərsalma və yenidənqurma layihələri çərçivəsində ilkin mərhələdə 15 binanın sökülməsi nəzərdə tutulur.
Bu barədə Metbuat.az-a AQC İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, söküntülərin dəqiq sayı ilə bağlı yekun siyahı hələ açıqlanmayıb. İşlərin Nazim Hacıyev küçəsi, Montin, Keşlə, Təbriz və Ağa Nemətulla küçələri, Fətəli xan Xoyski prospekti və Mayakovski küçəsi istiqamətlərini əhatə etməsi planlaşdırılır.
İlk növbədə qəzalı və texniki vəziyyəti qənaətbəxş olmayan binaların sökülməsi, ərazilərdə abadlıq və yeni tikinti işlərinin aparılması nəzərdə tutulur.
Layihələrin Bakı şəhərinin Baş Planı – 2040 çərçivəsində həyata keçirilməsi və gələcəkdə digər əraziləri də əhatə etməsi gözlənilir.