Xəbər verdiyimiz kimi, iyun ayında Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Metbuat.az-ın məlumatına görə, qərəra əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 oktyabr saat 06:00-dək uzadılıb.
Azərbaycanda xüsusi karantin rejimi çərçivəsində quru sərhədlərinin bağlı qalma müddəti hazırda qüvvədədir.
Yaxın həftərlərdə bu müddətin uzadılıb-uzadılmayacağı ilə bağlı Nazirlər Kabinetinin qərarı gözlənilir.