Azərbaycan Respublikasının Baş naziri və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının sədri Əli Əsədov Holdinqin İdarə Heyətinin Sədrinin təqdimatına əsasən qurumun Baş icraçı direktoru və İdarə Heyətinin üzvü Ruslan Əlixanovun vəzifəsindən azad olunması barədə qərar qəbul edib.

Metbuat.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Məlumata görə, Baş icraçı direktor vəzifəsinin icrası müvəqqəti olaraq onun müavini Dəyanət Sədullayevə həvalə olunub.

Qərardan irəli gələrək Holdinqin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.