Xəbər verdiyimiz kimi Bakıdakı “Gənclik Mall”da həyəcan siqnalı verilib.
Metbuat.az xəbər verir ki, bu barədə “Gənclik Mall” rəsmi açıqlama yayıb:
“Əziz izləyicilər və qonaqlarımız!
Bir neçə dəqiqə öncə “Gənclik Mall” ticarət mərkəzimizdə texniki xəta baş vermiş və xəbərdarlıq sistemi işə düşmüşdür. Hazırda ticarət mərkəzində hər şey qaydasındadır.
Müvəqqəti narahatlığa görə üzr istəyirik.
Xoş istirahətlər arzu edirik”.