Xəbər verildiyi kimi, Azərbaycan vətəndaşları Rusiyada tıxac zamanı iki yük maşınının arasında qalaraq həyatlarını itiriblər.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, rusiyada yaşayan, əslən Ucarın Yuxarı-Şilyan kənd sakinləri olan bacı-qardaş yol qəzasında həlak olublar. Faciəvi hadisə sentyabr ayının 7-də axşam saatlarında hadisə Rusiyanın Vladimir şəhərində baş verib. Sürücü - 1959-cu il təvəllüdlü Füzuli Baxış oğlu Baxışov özünə məxsus maşını ilə hərəkətdə olarkən iki yük maşının arasında qalıb. Bu zaman avtomobildə olan onun bacısı, 1975-ci il təvəllüdlü Zərnişan Baxış qızı Baxışova da yolda yaranan tıxac zamanı iki yük maşınının arasında qalıb.

Ölən bacı və qardaşın fotosunu təqdim edirik: