Azərbaycanla Meksika arasında iqtisadi, ticarət və investisiya əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur.
Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada Meksikanın Müstəqillik Günü münasibətilə keçirilən rəsmi qəbulda bildirib.
Hikmət Hacıyev qeyd edib ki, iki ölkə arasında coğrafi məsafəyə baxmayaraq, iqtisadiyyat, ticarət, investisiya, enerji, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar var.
Onun sözlərinə görə, xüsusilə iqtisadi, ticarət və investisiya əlaqələrinin inkişafı istiqamətində aidiyyəti qurumlar arasında təmaslar davam etdirilir.
Prezidentin köməkçisi həmçinin Azərbaycanın Meksikanın Latın Amerikasındakı dinamik inkişafını və G20-nin aparıcı üzvlərindən biri kimi rolunu yüksək qiymətləndirdiyini vurğulayıb.