İndoneziyada fırtına zamanı Yava dənizində üzən “Virgo Transport 8” gəmisi ilə əlaqə kəsilib.

Metbuat.az xəbər verir ki, bu barədə İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyi məlumat yayıb.

Əməliyyat koordinatoru Putu Sudayananın sözlərinə görə, gəmi sonuncu dəfə Banjarmasindəki “SAR Basirih” körpüsündən təxminən 80 dəniz mili məsafədə olub.

Ekipajla əlaqə yerli vaxtla təxminən saat 2:00 radələrində hava şəraiti kəskin pisləşdikdən sonra kəsilib.

Gəmidə 243 nəfər olub.

Axtarış işləri aparılır.