"Türk Dövlətləri Təşkilatı (TDT) son illərdə regional və beynəlxalq müstəvidə ciddi aktor kimi formalaşıb".

Metbuat.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin baş müşaviri Seyit Sertçelik Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən Bakıda keçirilən “Türk dünyası dialoqları: ortaq gələcək, ortaq baxış” adlı paneldə çıxışı zamanı deyib.

O bildirib ki, TDT-nin əldə etdiyi mövqenin əsas səbəbi üzv dövlətlərin birlik və əzmkarlığıdır.

TDT-nin son illərdə çox ciddi aktor kimi formalaşdığı göz qabağındadır. Bu, təşkilata üzv dövlətlərin birliyinin və əzminin nəticəsidir”, - deyə S.Sertçelik vurğulayıb.

Baş müşavir beynəlxalq arenada mövcud təhdidlərin türk dövlətlərinin daha sıx əməkdaşlıq etməsini və birgə hərəkət etməsini zəruri etdiyini qeyd edib.

S.Sertçelik çıxışında Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərə də toxunaraq, bu qələbəni ölkənin gücünün mühüm göstəricilərindən biri kimi qiymətləndirib.