"Qalatasaray"ın təcrübəli yarımmüdafiəçisi İlkay Gündoğanın xanımı Sara Gündoğan həyat yoldaşına ünvanlanan ittihamlara cavab verib. Sara Gündoğanın sosial şəbəkə hesabındakı paylaşım müzakirələrə səbəb olub.
Metbuat.az xəbər verir ki, futbolçunun xanımı həyat yoldaşının az oynaması ilə bağlı ittihamları belə cavablandırıb: "Bunun səbəbini baş məşqçiniz daha yaxşı bilir. Ondan soruşun".
Sara Gündoğan İlkay Gündoğanın aldığı maaşın tez-tez gündəmə gətirilməsini qeyri-etik hərəkət adlandırıb. Bildirib ki, onları İstanbula gətirən başlıca səbəb "Qalatasaray" sevgisidir: "Biz ailəlikcə qalatasaraylıyıq. İlkaya daha yüksək maaş təklif edən klublar vardı. Amma o, "Qalatasaray"a olan sevgisinə görə İstanbula gəlməyi tərcih etdi. Bizim üçün "Qalatasaray" sevgisi puldan əvvəl gəlir. Bu gün İlkay az oynayırsa, bunun günahkarı özü deyil".