Azərbaycan millisi Tacikistanla yoldaşlıq matçında qələbə qazanıb.
Metbuat.az xəbər verir ki, 8-ci km qəsəbə stadionunda keçirilən oyun Ayxan Abbasovun baş məşqçi olduğu komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşün 58-ci dəqiqəsində Tacikistan millisinin qapıçısı Oleq Baklov avtoqol müəllifi olub.
Xatırladaq ki, Azərbaycan millisi növbəti üç oyununu UEFA Millətlər Liqasında keçirəcək. Komanda sentyabrın 27-də səfərdə Litva, oktyabrın 1-də Bakıda Lixtenşteyn, oktyabrın 4-də Bakıda Litva ilə qarşılaşacaq.
21.25
Azərbaycan - Tacikistan yoldaşlıq matçında hesab açılıb.
Metbuat.az xəbər verir ki, 8-ci km qəsəbə stadionunda keçirilən görüşdə Azərbaycan millisi hesabda önə keçib - 1:0.
58-ci dəqiqədə Tacikistan millisinin qapıçısı Oleq Blakov avtoqol müəllifi olub.
Görüşü Moldovadan olan FIFA referisi Roman Jitar idarə edir.
21.15
Azərbaycan - Tacikistan yoldaşlıq matçında ilk hissə başlayıb.
Mətbuat.az xəbər verir ki, 8-ci km qəsəbə stadionunda keçirilən matçda ilk hissədən sonra hesab açılmayıb.
Görüşü Moldovadan olan FIFA referisi Roman Jitar idarə edir.
20.55
Azərbaycan - Tacikistan yoldaşlıq matçında ilk hissə başa çatıb.
Metbuat.az xəbər verir ki, 8-ci km qəsəbə stadionunda keçirilən matçda hesab açılmayıb.
Görüşü Moldovadan olan FIFA referisi Roman Jitar idarə edir.
20.38
Azərbaycan - Tacikistan yoldaşlıq matçına start verilib.
Metbuat.az xəbər verir ki, qarşılaşma 8-ci km qəsəbə stadionunda keçirilir.