Xəbər verdiyimiz kimi, Ukraynanın Kiyev şəhərində dron hücumu zamanı azərbaycanlı həyatını itirib.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, sentyabr ayının 27-də axşam saatlarında Rusiyanın Ukraynaya dron hücumu zamanı ölən əslən Azərbaycanlı Kürdəmirin Pirəköcə kənd sakini 48 yaşlı Abbas Abbasovun meyiti gecə saatlarında ölkəyə gətirilib və doğulub boya-başa çatdığı, ata-baba ocağı olan rayonun Pirəköcə kənd qəbiristanlığında son mənzilə yola salınıb.
Qeyd edək ki, həmyerlimiz 17 il müddətinə yaxın idi ki, Ukraynanın Kiyev şəhərində yaşayırdı və ticarətlə məşğul olurdu. O, ailəli idi və 4 övladı var idi.