Bu gün paytaxtın Suraxanı rayonunun bəzi ərazilərinə elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Metbuat.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Qeyd olunub ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 3-də Suraxanı rayonunda 6 kV-luq hava xəttində təmir işləri həyata keçiriləcək.
Təmir işləri ilə əlaqədar Hövsan qəsəbəsi Kondisioner bağları yaşayış massivində saat 09:00-dan 13:00-dək enerjinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.