Fransada orta məktəblərdə təhsil şəraitinin yaxşılaşdırılması tələbi ilə keçirilən aksiyalar zamanı 1793 nəfər saxlanılıb.

Metbuat.az xəbər verir ki, Təhsil naziri Eduard Geffray açıqlamasında aksiyalar səbəbilə 400-dən çox təhsil müəssisəsinin müvəqqəti bağlandığını və həmin məktəblərdə dərslərin onlayn keçiriləcəyini deyib. Onun sözlərinə görə, aksiyalar zamanı 65 təhsil işçisi və 170 şagird yaralanıb. Nazir aksiyaların radikal zorakılıq tərəfdarı qrup tərəfindən idarə oldunduğunu iddia edib və nümayişçiləri sakitliyə çağırış edib.

Qeyd edək ki, Ədliyyə Nazirliyi sentyabrın 28-dən etibarən aksiyalar çərçivəsində 1793 nəfərin saxlanıldığını açıqlayıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, ötən gün 1949 nəfər barəsində tədbir görülüb, 305 polis isə yaralanıb.