İngiltərə millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunda Xorvatiyaya ağır məğlubiyyət yaşadıb.

Metbuat.az xəbər verir ki, Riyekada keçirilən qarşılaşma ingilislərin 7:0 hesablı qələbəsi ilə başa çatıb.

Harri Keyn iki dəfə (8, 53), Cud Bellinqem (21), Entoni Qordon (39), Bukayo Saka iki dəfə (45, 68) və Morqan Rocers (87) fərqlənib.

Bu nəticə ilə İngiltərə Xorvatiya səfərində 5 qol vuran ilk komanda olub. İngilislər bundan əvvəl Xorvatiyada yalnız bir dəfə - 2008-ci ildə dünya çempionatının seçmə mərhələsində qalib gəlmişdilər. Həmin oyun da 4:1 hesabı ilə başa çatmışdı.

7:0 hesablı məğlubiyyət Xorvatiya millisinin tarixində ən ağır nəticə olub. Komanda bundan əvvəl 2018-ci ildə Millətlər Liqasında İspaniyaya səfərdə 0:6 hesabı ilə uduzmuşdu.