Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir. Qardaşlıq əlaqələrimizi daha da gücləndirmək üçün “Turan Tovuz” klubu bizi Azərbaycana dəvət etdi. Dəvəti məmnuniyyətlə qəbul edərək buraya gəldik.
Metbuat.az Azərtac-a istinadən xəbər verir ki, bu sözləri “Fənərbağça” komandasının baş məşqçisi İsmayıl Kartal deyib.
O, “Turan “Tovuz”la Bakıda keçirilən yoxlama görüşünü şərh edib: “2:0 hesabı ilə qalib gəldik. Bu oyunda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi. Əsas olan əlaqələrimizi möhkəmləndirmək idi”.