Yəmən hökuməti İranın dəstəklədiyi husilərə qarşı genişmiqyaslı hərbi əməliyyatların başladığını elan edib.
Metbuat.az “Reuters“ə istinadən xəbər verir ki, bunu Yəmən Prezident Şurasının sədri Rəşad əl-Əlimi televiziya ilə çıxışında açıqlayıb.
Əl-Əlimi əməliyyatların məqsədinin husilərin nəzarətində qalan əraziləri geri almaq və dövlət hakimiyyətini bütün ölkə ərazisində bərpa etmək olduğunu bildirib. O, gərginliyin azaldılması üçün bütün imkanların tükəndiyini qeyd edib.