Rusiya Prezidenti Vladimir Putin 8-9 oktyabr tarixlərində Türkmənistana işgüzar səfər edəcək.

Metbuat.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov açıqlayıb.

Onun sözlərinə görə, Putin səfər çərçivəsində MDB Dövlət Başçıları Şurasının iclasında və Xəzər Ekoloji Sammitində iştirak edəcək.

Uşakov bildirib ki, Rusiya lideri 8 oktyabrda Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, 9 oktyabrda isə İran Prezidenti Məsud Pezeşkiyan ilə görüşəcək.

Görüşlər zamanı Yaxın Şərqdəki vəziyyət və Rusiya-İran ikitərəfli əməkdaşlığı müzakirə olunacaq.

Qeyd edək ki, MDB Dövlət Başçıları Şurasının iclasında 9 ölkənin liderinin iştirakı gözlənilir. Uşakov Putinin iştirakçıların xahişi ilə Ukrayna münaqişəsindəki son vəziyyət barədə də məlumat verə biləcəyini bildirib.