Bu ilin on ayında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə ödənilən vəsaitin məbləği açıqlanıb.
Metbuat.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2026-cı ilin yanvar-oktyabr ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 764 milyon manatdan və ya 9,55%-dən çox olmaqla 8,75 milyard manat vəsait ödənilib.