Parlamentdə dava düşdü

Parlamentdə dava düşdü
17:46 20 Yanvar 2015
114 Dünya
Ölkə mətbuatı
A- A+

Nepalda siyasətçilər konstitusiyaya görə dava salıb.

ANS PRESS-in məlumatına görə, dava konstitusiya layihəsinin Nepal parlamentində müzakirəsi zamanı baş verib.
Siyasətçilər kresloları qırıb, bir-birinə mikrofonlar tullayıblar, həmçinin parlament sədrini təhqir ediblər.

Müxalifət konstitusiyanın qəbulundan əvvəl ölkənin əsas qanununa dəyişikliklərə nail olmağa çalışıb.

Çərşənbə axşamı aktivistlər məktəbləri və mağazaları bağlamağa cəhd ediblər və nəqliyyat vasitələrinə hücum ediblər. Əhali bununla da ölkə daxilində tətilə başlamağa çalışıb.

Qeyd edək ki, artıq ixtişaşlarla bağlı bir neçə insan həbs edilib.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR