Moldovada 20 yanvar faciəsilə bağlı ictimai dinləmələr keçirilib

Moldovada 20 yanvar faciəsilə bağlı ictimai dinləmələr keçirilib
18:54 20 Yanvar 2015
70 Dünya
Ölkə mətbuatı
A- A+

Kişineuda Moldovanın qeyri-hökumət təşkilatları - İctimai Palata və Gənclərin Əməkdaşlıq Mərkəzinin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dair ictimai dinləmələr keçirilib.


Lent.az xəbər verir ki, Azərbaycanın Moldovadakı səfirliyindən AzərTAc-a verilən məlumata görə, tədbirdə çıxış edən Mərkəzin rəhbəri Dmitriy Xaritonov və Dmitriy Roybu keçmiş sovet rejiminin Azərbaycan xalqına qarşı törətdiyi cinayət haqqında məlumat veriblər.

Sonra 20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş etdirilib.

Moldovanın ombudsmanı Aurelia Qriqoriu və səfirliyin müşaviri İlham Ağayev dinləmələrdə çıxış edərək 20 Yanvarın Azərbaycan xalqının müstəqillik yolunda böyük önəm daşıdığını bildiriblər. Ümummilli lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu hadisələri kəskin pisləməsi, bununla da xalqına ağır gündə dəstək çıxması xüsusi vurğulanıb.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR