Prezidentin evi ələ keçirildi

Prezidentin evi ələ keçirildi
19:01 20 Yanvar 2015
243 Dünya
Ölkə mətbuatı
A- A+

Yəməndə ordu generalına sui-qəsd edilib.

ANS PRESS-in məlumatına görə, hadisə ölkənin şərqindəki Hadramaut əyalətinin Əl-Kath rayonunda baş verib. Naməlum yaraqlılar 135-ci briqadanın komandiri Yəhya Əbu Avacanın avtomobil karvanının hərəkət etdiyi yola partlayıcılar yerləşdiriblər. Partlayışların ardınca hərbi qulluqçular odlu silahdan atəşə tutulub.

Hücum zamanı 5 əsgər öldürülüb.

Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib. Bununla belə, güman edilir ki, basqının arxasında Əl-Qaidə terroçu qruplaşmasımın Ərəbistan yarımadasındakı ekstremist qrupu (AKAP) dayanır. AKAP adətən ölkə silahlı qüvvələrinin yüksək rütbəli zabitlərini hədəf seçir.

Bu arada yayılan xəbərlərdə deyilir ki, Yəməndə prezident iqamətgahı üsyançıların əlinə keçib.

Ölkənin paytaxtı Sənada artıq ikinci gündür ki, gərginlik hökm sürür. Güc strukturları ilə şiə üsyançılar arasında ötən gün baş verən silahlı qarşıdurmalarda azı 9 nəfərin öldürüldüyü, daha 67 nəfərin zərər çəkdiyi bildirilir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320810

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR