Xalq artisti Səməd Səmədov it həvəskarı olduğundan danışıb.
Publika.az-a açıqlama verən sənətçi üç itinin olduğunu deyib: "Yay girən kimi istirahət üçün bağa yığışırıq. Bağımda məni üç itim gözləyir - Leo, Kristina və Şokolad. Hər səhər yuxudan duran kimi itlərimlə bərabər iki kilometr yolu qaça-qaça dənizə gedirik. İtlərimi çimizidirirəm, əylənirik, yenidən iki kilometr məsafəni geri qaçırıq. Bu mənim üçün həm əyləncədir, həm istirahət, həm də idman. Formada qalmağıma görə itlərimə borcluyam".
Milli.Az