Bakı, 15 iyun, AZƏRTAC
Sentyabrın 7-də Emil Əfrasiyab kvarteti Kolmar Caz Festivalının açılış konsertində çıxış edəcək. Konsert Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil olunacaq.
TEAS-dan AZƏRTAC-a bildirilib ki, konsert yerli televiziya kanalı ilə (www.tv7.fr.) nümayiş etdiriləcək.
Emil Əfrasiyab 1982-ci ildə Bakıda anadan olub. Onun əsərlərində Azərbaycan muğamı ilə cazın sintezi üstünlük təşkil edir. Bu əsərlərdə intonasiyadakı təzadlar, klassik musiqidə rast gəlinən harmoniya və ritmlər özünü göstərir.