Elvin Mürsəliyev yuxusuzluqdan telefonu belə aça bilmədiyini deyib.

"Hazırlığımız yüksək səviyyədə keçdiyi üçün əmin idim ki, qalib gələcəm. İlk görüşümdən sonra isə 100 faiz bildim ki, qızıl mənim olacaq".

Bunu anspress-ə açıqlamasında yunan-Roma güləşi üzrə yığmamızın üzvü Elvin Mürsəliyev deyib.

O bildirib ki, ən gərgin döyüşü rus idmançı ilə keçirib: "Ölkəmizdə keçirilən ilk Avropa Oyunlarında yaxşı nəticə əldə etmək bütün idmançıların arzusu idi. Şükür ki, mən öz istədiyimə çatdım. Digər idmançılarımıza da uğurlar arzulayıram. Qələbəmi Azərbaycan xalqına həsr edirəm. İndi qarşıdakı Rioda keçiriləcək Olimpiada da uğur qazanmağı qarşıma məqsəd qoymuşam. İnanıram ki, bu yarışda da uğur qazanacağıq".

Daha sonra Elvin Mürsəliyev yuxusuz olduğunu və bundan şikayətləndiyini bildirib: "Yarış bitəndən sonra gözümə yuxu getməyib. Zənglərin ardı-arası kəsilmir. Fanatlarım çoxalıb. Xüsusilə də qız fanatlarım yatmağa imkan vermir. Yuxusuzluqdan telefonu açıb cavab verə bilmirəm ki, bu kimdir".

Milli.Az