Şiddətli döyüşlər: separatçılar xeyli itki verdi

Şiddətli döyüşlər: separatçılar xeyli itki verdi
00:16 21 Yanvar 2015
104 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın şərqində Donetsk aeroportunda şiddətli döyüşlər davam edir.

ANS PRESS-in məlumatına görə, bu haqda Ukrayna Milli Təhlükəsizlik Şurasının informasiya mərkəzinin spikeri Andrey Lısenko açıqlama verib.

"Donetsk aeroportu yaxınlığında amansız döyüşlər gedir. Aeroportun uçuş-enmə zolağı tamamilə sıradan çıxarılıb", - deyə o, bildirib.

Onun sözlərinə görə, Ukrayna ordusu rusiyameyilli separatçıları ağır itkilərə məruz qoyub.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Milli Təhlükəsizlik Şurası açıqlama vermişdi ki, Rusiya qoşunları ölkənin şərqində döyüşlərin getdiyi zonada Ukrayna hərbçilərinə hücüm edib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320851

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR