Hər iki qurum arasında öncə müvafiq xidmətin məqsədəuyğun təşkili üzrə müzakirələr aparıldı. Portal üzərindən təqdim olunacaq xidmətin asanlığı və səmərəliliyi, həmçinin, virtual olaraq vətəndaşlara göstəriləcək xidmətin məzmunu və keyfiyyəti haqda məlumat verilib.
Daha sonra, "Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu" xidmətinin elektronlaşdırılması üçün mövcud texniki imkanlar barədə diskussiya aparılıb. Sözügedən xidmətin NK tərəfindən təsdiq olunmuş müvafiq texniki qaydalara uyğun hazırlanması üçün zəruri informasiya və portala qoşulma sxemi qurum nümayəndələrinə təqdim edilib.
Görüş çərçivəsində Məlumat Hesablama Mərkəzi bu istiqamətdə lazımi dəstəyin təmin olunacağını qeyd edib.