“Bu sənətdəki ifaçıların hamısı ilə duelə çıxa bilərəm”

“Bu sənətdəki ifaçıların hamısı ilə duelə çıxa bilərəm”
10:51 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Müğənni Aytac Vidadiqızı iddialı danışıb.

Axşam.az-ın məlumatına görə, ifaçı həmkarlarından fərqləndiyini, gündəmə yalnız sənəti ilə gəlməyə çalışdığını deyib:

“Bu sənətdə sırf atamın (mərhum ifaçı Vidadi Bərdəli – red.) yolunu davam etdirirəm. Onun mahnılarını unudulmağa qoymuram. Repertuarımda tez-tez atamın nəğmələrinə yer verirəm. Özümü hər zaman bir çox ifaçıdan fərqli görmüşəm. Bəziləri kimi toyda fonoqramla yox, canlı oxuyuram. Mən efirdə tez-tez görünməyə can atmıram. Tamaşaçının gözünü yormaq istəmirəm. Bu sənətdə olan ifaçıların hamısı ilə duelə çıxa bilərəm. Səsimə güvənirəm. Bayağı mahnılar mənlik deyil”.

Aytac bu günlərdə yeni prodüserlə işbirliyinə başlayıb. Belə ki, o, müğənni Roza Zərgərlinin keçmiş prodüseri Aynur Əliyeva ilə çalışır. A.Əliyeva R.Zərgərli ilə işbirliyinə son qoyma səbəbini açıqlayıb:

“Biz digərləri kimi qalmaqlla ayrılmadıq. Çox cüzi bir səbəb var idi, onu da şişirtmək istəmirəm. Hazırda münasibətimiz var, telefonla danışırıq, görüşürük. Bir-birimizə olan sevgimiz əvvəlki kimidir”.









RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR