Azərbaycanda əmək bazarının tənzimlənməsi müzakirə olundu

Azərbaycanda əmək bazarının tənzimlənməsi müzakirə olundu
10:59 21 Yanvar 2015
163 Sosial
Ölkə mətbuatı
A- A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Avropa Təlim Fondunun nümayəndələri ilə görüş keçirilib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, görüşdə Fondla birgə icra olunacaq “Əmək  bazarının təhlili və proqnozu” layihəsinin detalları müzakirə edilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli Azərbaycanda əmək bazarının tənzimlənməsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib. Nazir müavini uzunmüddətli təhlil və proqnozlaşdırmanın əmək bazarında pozitiv dəyişikliklərin edilməsi üçün vacib olduğunu, icra olunacaq layihənin bu baxımdan xüsusi önəm kəsb edəcəyini vurğulayıb.

Avropa Təlim Fondunun Azərbaycan üzrə koordinatoru Franka Krestani əmək bazarının təhlili və proqnozlaşdırma sahəsində dəqiq nəticələrə nail olmaq üçün bu sahədə mövcud məlumat bazasının genişləndirilməsinin və eyni zamanda qeyd olunan sahədə çalışan qurumlar arasında səmərəli əlaqələndirmə və məlumat mübadiləsinin  artırılmasının önəmini diqqətə çatdırıb. Cari ilin aprel və noyabr aylarında aidiyyatı qurumların səlahiyyətli nümayəndələrinin iştirakı ilə sözügedən layihəyə hazırlıq məqsədilə iki beynəlxalq seminarın keçirilməsi təklif olunub. Görüşdə iştirak edən nazirliyin nümayəndələri tərəfindən layihə ilə bağlı təkliflər, o cümlədən layihənin texniki tapşırıqlarının hazırlanması üçün işçi qrupunun yaradılması təklifi irəli sürülüb.  

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR