“İnter” – “Metallist” oyununda qalib müəyyənləşməyib

“İnter” – “Metallist” oyununda qalib müəyyənləşməyib
11:18 21 Yanvar 2015
160 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc
Bakının “İnter” futbol komandası Antalyada təlim-məşq toplanışını davam etdirir.
Klubdan AzərTAc-a bildiriblər ki, hazırlıq prosesi çərçivəsində “İnter” növbəti yoxlama oyununu keçirib.
Ukraynanın “Metallist” komandası ilə qarşılaşan Bakı təmsilçisi meydandan 1:1 hesablı heç-heçə ilə ayrılıb.
Qeyd edək ki, “İnter”in futbolçuları meydançaya qollarında qara sarğı ilə çıxıblar. Oyun başlamamışdan əvvəl 20 Yanvar hadisələrində həlak olmuş soydaşlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Xatırladaq ki, “İnter” toplanış çərçivəsində keçirdiyi əvvəlki yoxlama görüşlərində Türkiyənin “İnegölspor” komandasını 4:1, Qazaxıstan təmsilçisi “Kayrat”ı 3:1, Türkiyənin “Kasımpaşa” kollektivini 3:1 hesabı ilə məğlub edib. Almaniyanın “Energi” komandası ilə görüş heç-heçə yekunlaşıb - 1:1.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Inter___Metallist_oyununda_qalib_mueyyenlesmeyib-826278

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR