İsmayıl Kartalı göndərdikdən sonra baş məşqçi postuna Viktor Pereiranı gətirən "Fənərbaxça"da transfer çalışmaları davam edir.

ANS PRESS-in məlumatına görə, Simon Kyaer ilə müqavilə imzalayan sarı-lacivərtlilər Naninin də menecerini İstanbula dəvət edib. Menecer Federiko Pastorello transfer danışıqları üçün bu gün "Fənərbaxça"nın binasına gəlib.

Pastorello eyni zamanda Kevin Prins Boatenqin də meneceridir. Onun "Qalatasaray" rəsmiləri ilə də görüşməsi gözlənilir.