On dollarlıq əskinasda qadın şəkli təsvir olunacaq

On dollarlıq əskinasda qadın şəkli təsvir olunacaq
22:28 18 İyun 2015
108 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 18 iyun, AZƏRTAC 
ABŞ-ın hakimiyyət orqanları on dollarlıq əskinasda qadın şəkli yerləşdirməyi qərara alıblar. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu qərar Amerika qadınlarının səsvermə hüququ almalarının 100 illiyinə həsr edilib.
ABŞ-ın maliyyə naziri Cek Lyu bəyan edib ki, 2020-ci ildə 10 dollarlıq əskinasda qadın şəkli təsvir olunacaq. Onun sözlərinə görə, əskinasda “Amerika demokratiyasının dəyərlərinin təşəkkülünə” töhfə vermiş qadının portreti təsvir olunacaq. Amma o, həmin qadının kimliyini dəqiqləşdirməyib.
ABŞ Maliyyə Nazirliyi əskinasda kimin portretinin yerləşdirilməsinin daha məsləhətli olması barədə bir neçə ay ərzində rəylər toplayacaq. Təklifi, o cümlədən “#TheNew10” heşteqinin köməyi ilə sosial şəbəkədən göndərmək olar.
C.Lyunun sözlərinə görə, ABŞ-ın birinci maliyyə naziri Aleksandr Hamiltonun portretinin təsvir olunduğu on dollarlıq əskinaslar tədavüldən çıxarılmayacaq.
Qeyd edək ki, 1891-1896-cı illərdə bir dollarlıq gümüş sertifikatda ABŞ-ın birinci Prezidenti Corc Vaşinqtonun xanımı Marta Vaşinqtonun, 1865-1968-ci illərdə 20 dollarlıq əskinasda hindi şahzadəsi Pokahontasın portretləri təsvir olunub.
1979-1981-ci illərdə isə 1 dollarlıq sikkələrdə XIX əsrdə qadın hüquqlarının fəal müdafiəçisi Syuzan Entoninin profili həkk olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/On_dollarliq_eskinasda_qadin_sekli_tesvir_olunacaq-865103

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR