Azərbaycan, Bakı, 18 iyun /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Bakı-2015 Avropa Oyunlarında kişilər arasında 80 kiloqram çəki dərəcəsində sərbəst taekvando yarışlarında qalib gələn idmançıların mükafatlandırma mərasimində iştirak edib.
Trend-in məlumatına görə, bu çəki dərəcəsində qızıl medalı azərbaycanlı taekvandoçu Milad Beygi Xarçeqani qazanıb. O, finalda Rusiya təmsilçisi Albert Qaunu məğlub edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az
Bizi Twitter-dən izləyin: @trend_az